
Bakı.Trend:
Şirvanda evdən 15000 manat oğurlayan iki nəfər saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən evlərin
birindən oğurluq etməkdə təqsirli bilinən Emin Abbasov və Ağa
Dəmirov saxlanılıblar.
Onlar qeyd edilən mənzildən 15000 manat nağd pul vəsaiti
oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

