
Bakı. Trend:
“Real”ın yarımmüdafiəçisi Arda Güler karyerasını İngiltərədə
davam etdirə bilər.
Trend xarici
mediaya istinadən xəbər verir ki, “Arsenal” Türkiyə millisinin üzvü
ilə hərəkətə keçib. London təmsilçisinin baş məşqçisi Mikel Arteta
Ardanı şəxsən sərəncamında görmək istəyir.
İngilislər artıq bu yay onunla rəsmi müqavilə imzalamağı
planlaşdırır.
21 yaşlı yarımmüdafiəçinin “Real”la müqavilə müddəti 2028-ci il
iyunun 30-na qədərdir. Onun transfer dəyəri 90 milyon avrodur.
“Gənclərbirliyi”nin yetirməsi 2023-cü ildə “Fənərbaxça”dan
“Real”a keçib.

