Yeni doğulan uşağa ad verilməsi ilə bağlı qaydalar dəyişdi

Baş səhifə

Bakı. Trend:

Dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə
əlaqələrini saxlamaq hüququnu qoruyacaq.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Uşaq
hüquqları haqqında” Qanunda öz əksini tapıb.

Yeni Qanuna əsasən, uşağa ad Ailə Məcəlləsinə uyğun olaraq
veriləcək.

Qüvvədən düşən qanunvericiliyə əsasən, uşağa ad valideynlərinin
qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq
orqanlarının razılığı və ya göstərişi əsasında verilirdi. Qəyyumluq
orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların
qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil
edilirdi.

Qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar
həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) informasiya sistemindən əldə edilirdi. Belə
sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin
razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçi
tərəfindən təmin edilirdi.




Ailə Məcəlləsinin tələbləri

Məlumat üçün bildirək ki, Ailə Məcəlləsinə görə, uşaq ad, ata
adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin
razılığı ilə verilir, ata adı atasının adına görə verilir.

Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə
müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda
uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı
verilir.

Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq
olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həll olunur.

Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata
adı Ailə Məcəlləsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan
şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir