Yeni Orfoqrafiya və Orfoepiya lüğətləri nə vaxt nəşrə veriləcək?

Baş səhifə

Bakı. Trend:

Azərbaycan dilinin yeni Orfoqrafiya və Orfoepiya lüğətlərinin
nəşrə təhvil veriləcəyi vaxt məlum olub.

Bu barədə Trend-ə açıqlamasında AMEA Dilçilik İnstitutunun baş
direktoru, professor Nadir Məmmədli məlumat verib.

Onun sözlərinə görə, lüğətlərin təhvili ilə bağlı dünən daha bir
iclas təşkil edilib:




“Biz dünən bir iclas da keçirtdik. Artıq hansı mütəxəssisə hansı
hərfləri vermişiksə, onlar bir-bir hesabatlarını təqdim ediblər.
Yekun işlər görülür, yeni lüğətlər may ayının sonunda nəşr üçün
təhvil veriləcək”.

Qeyd edək ki, Orfoqrafiya lüğəti 1975, 2004, 2013 və 2021-ci
illərdə nəşr edilib. Yeni lüğətin nəşri 2026-cı il üçün nəzərdə
tutulub. Türkdilli dövlətlər içərisində ilk dəfə Azərbaycanda süni
intellektin köməyilə orfoqrafiya lüğəti hazırlanır. Lüğətin
hazırlanmasında, sözlərin seçimində tezlik sistemi istifadə edilib.
Lüğətlərin nəşr edilməsi isə AMEA Rəyasət Heyətinin
səlahiyyətindədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir