Birinci rübdə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dolları ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Çin arasında ticarət
əməliyyatlarının həcmi 1,104 milyard ABŞ dolları təşkil edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 75,054 milyon ABŞ dolları və ya 7,3% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 11,73%-i həcmində olub. Bununla da sözügedən
ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədə
qərarlaşıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Çinə 29,059 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 5,848 milyon ABŞ dolları və ya təqribən 25,2%
çoxdur.




Hesabat dövründə Çindən Azərbaycana isə 1,075 milyard ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci
ilin eyni dövrü ilə müqayisədə 60,2 milyon ABŞ dolları və ya 6,9%
artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox
məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici
ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və
ya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın,
4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar
və ya 29,3% azalıb.

Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə
çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir