
Bakı. Trend:
İrlandiyada yanacaq qiymətlərinin artmasına qarşı etirazlar
1920-ci illərdə Cənubi İrlandiya dövlətinin yaranmasından bəri
“bəlkə də ən ciddi üsyan” kimi xarakterizə edilib.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli mediası məlumat yayıb.
Məlumata görə,
İrlandiyada bazar ertəsindən bəri benzin və ya dizel nəqliyyat
vasitələrindən istifadə edən kənd təsərrüfatı podratçıları və yük
daşıyıcıları yollarda “yavaş hərəkət edən” karvanlar təşkil edir və
limanları da əhatə edən infrastrukturu bağlayırlar.
Getdikcə artan etiraz nümayişləri Fransadakı “Sarı jiletlilər”
hərəkatı və hökumətin 2018-ci ildə və 2019-cu ilin əvvəlində təklif
etdiyi dizel vergisinin artırılması ilə bağlı uzun sürən qarşıdurma
ilə müqayisə edilib.
Kork qraflığında yerləşən Uaytqeyt yaxınlığındakı İrlandiyanın
yeganə neft emalı zavodu da yanacaq qiymətlərinin artmasına qarşı
etirazlardan təsirlənib. Dublin hökuməti etirazçıları dağıtmaq üçün
ordu göndərib və bir neçə yerdə həbslər aparılıb.
Həftəsonu İrlandiyadakı yanacaqdoldurma məntəqələrinin təxminən
40 faizi boş idi və bir neçə yüz nəqliyyat vasitəsi benzinsiz
qalıb.

