Şahbaz Şəriflə İshaq Dar Türkiyəyə getdi

Baş səhifə

Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak etmək üçün Türkiyədə səfərdədirlər.

Modern.az xəbər verir ki, bu barədə İshaq Dar X sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Səmimi qarşılama və türk qonaqpərvərliyinə görə minnətdarıq”, – nazir bildirib.

Pakistanın xarici işlər naziri qeyd edib ki, ADF çərçivəsində maraqlı görüşlər gözlənilir: “Panel müzakirələri, həmkarlarla görüşlər və əsas regional, qlobal problemlər üzrə konstruktiv fikir mübadiləsi ilə dolu bir proqramımız var”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir