
Bakı. Trend:
UEFA Avropa və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab
görüşlərinə start verilib.
Trend-in
məlumatına görə, artıq hər iki turnirdə ilk yarımfinalçılar bəlli
olub.
Avropa Liqasında Almaniya “Frayburq”u ilk matçda 3 cavabsız
qolla üstələdiyi İspaniya “Selta”sına ikinci görüşdə də qalib gəlib
– 3:1.
Konfrans Liqasında isə Ukrayna “Şaxtyor”u Niderlandda “AZ
Alkmaar”la 2:2 hesablı heç-heçə edib. Donetsk klubu birinci matçda
3:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, bu nəticələrdən sonra “Frayburq” Avropa Liqasında, “Şaxtyor” isə Konfrans Liqasında yarımfinala yüksəlib.
Qeyd edək ki, hər iki turnirdə digər oyunlar Bakı vaxtı ilə saat
23:00-da başlayacaq.

