ABŞ aprelin 20-də Pakistanda İranla danışıqlar aparacaq

Baş səhifə

ABŞ və İran arasında danışıqların hələ rəsmi olaraq təyin olunmamasına baxmayaraq, onların aprelin 20-də Pakistanda keçirilməsi ehtimal olunur.

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ Prezident administrasiyasının yüksəkvəzifəli rəsmisinə istinadla məlumat yayıb.

Rəsminin sözlərinə görə, Prezident Donald Trampın danışıqlar qrupu hazırlıq vəziyyətindədir və prosesə başlamağa hazırdır. Nəşrin qeyd etdiyinə görə, ötən həftəsonu bir neçə raund danışıqlar keçirilsə də, münaqişəyə son qoya biləcək ciddi irəliləyiş əldə olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir