Çinin ümumi daxili məhsulu 5 faiz artıb

Baş səhifə

Bakı. Trend:

Çin iqtisadiyyatı cari ilin birinci rübündə ötən ilin eyni dövrü
ilə müqayisədə 5 faiz artaraq, 33,4 trilyon yuana (təxminən 4,87
trilyon ABŞ dolları) çatıb.

Trend xəbər verir ki, bu
barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb. Açıqlamada
deyilir ki, birinci rübdə istehsal və təklifin artımı sürətlənib,
bazar tələbi yaxşılaşmağa davam edib, məşğulluq ümumən sabit qalıb,
bazar qiymətləri orta dərəcədə yüksəlib.




Ekspertlər hesab edirlər ki, Yaxın Şərq münaqişəsinin qlobal
iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Çində ÜDM-in 5 faizlik
artımı hökumətin illik hədəfə nail olacağını deməyə əsas verir.
“Standard Chartered” bankının baş iqtisadçısı Din Şuan hesab edir
ki, xarici qeyri-müəyyənliklər artaraq ikinci rübdə Çin
iqtisadiyyatına daha çox təsir göstərə bilsə də, hökumət çevikliyə
diqqət yetirəcək.

Qeyd edək ki, Çin hökuməti 2026-cı il üçün ÜDM-in artımını 4,5-5
faiz civarında hədəfləyib. Bəzi xarici ekspertlər qlobal
iqtisadiyyatdakı çətinliklər, xüsusən də enerji qiymətlərinin
əhəmiyyətli dərəcədə bahalaşması səbəbindən bu hədəfə çatmağın
çətin olduğunu düşünürdülər. Çin Baş Gömrük Administrasiyasının
məlumatına görə, ilin birinci rübündə ölkənin xarici ticarəti 15
faiz çoxalaraq 11,84 trilyon yuana (təxminən 1,73 trilyon dollar)
çatıb. İxrac 11,9 faiz, idxal isə 19,6 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir