
Bakı. Trend:
Misli Premyer Liqasında 28-ci tur davam edir.
Trend xəbər
verir ki, ikinci oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul
edəcək.
Bu mövsüm komandalar arasında keçirilən hər iki görüşdə “Şamaxı”
eyni hesablı qələbə qazanıb – 3:0.
Daha sonra isə turun mərkəzi oyununda “Qarabağ” Tofiq Bəhramov
adına Respublika stadionunda “Sabah”ı qəbul edəcək.
Hazırda Ağdam təmsilçisi 56 xalla ikinci, paytaxt klubu isə 66
xalla birincidir. Qurban Qurbanovun komandası rəqibindən 1 oyun az
keçirib. Çempionluq ümidini davam etdirmək üçün “Qarabağ” bu gün
mütləq qələbə qazanmalıdır.
Cari mövsüm çempionatda tərəflər arasında keçirilən oyunlardan
birində “Sabah” qələbə qazanıb (2:1), digəri isə heç-heçə bitib
(3:3).

