
Bakı. Trend:
“Ford” şirkəti ABŞ-də transmissiyanın idarəetmə modulunun
proqram təminatında aşkarlanan nasazlıq səbəbindən təxminən 1,4
milyon “F-150” model avtomobilini geri çağırmaq qərarı verib.
Trend xəbər verir ki, bu
barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA)
məlumat yayıb.
Bildirilib ki, proqram təminatındakı problem hərəkət zamanı
avtomobilin gözlənilmədən ikinci sürətə keçməsinə səbəb ola bilər.
Bu isə nəqliyyat vasitəsinə nəzarətin itirilməsi və qəza
ehtimalının artması ilə nəticələnə bilər.

