Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi

Baş səhifə

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf özünün X hesabında ABŞ-la aprılandanışıqların detalları barədə yeni paylaşım edib.

Modern.az-ın məlumatına görə, Qalibaf bildirib ki, Trampın səsləndirdiyi 7 iddianın hamısı yalandır.

Qeyd edək ki, Məhəmməd Baqer Qalibaf İran–ABŞ son danışıqlar heyətinin rəhbəridir.

O bildirib:

-ABŞ prezidenti bir saat ərzində 7 iddia səsləndirib və onların hamısı yalandır.

– Bu yalanlarla müharibədə qalib gəlmədilər və danışıqlarda da uğur qazana bilməyəcəklər.

– Mühasirə davam edərsə, hörmüz boğazı açıq qalmayacaq.

– Boğazdan keçid “müəyyən edilmiş marşrut” üzrə və “İranın icazəsi ilə” həyata keçiriləcək.

– Boğazın açıq və ya bağlı olmasını və qaydaları sosial şəbəkələr deyil, yerli vəziyyət müəyyən edir.

– Media müharibəsi və ictimai rəyin yönləndirilməsi müharibənin mühüm hissəsidir və İran xalqı bu cür təsirlərə uymayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir