
Bakı.Trend:
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər
saxlanılıb.
Trend-in
məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz
dövriyyəsində şübhəli bilinən Əli Qurbanov, Kamil Hüseynov, Nicat
Gözəlov, Əbil Məmmədov və İlkin Həşimov saxlanılıblar.
Adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və
marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin
barəsində həbs qətimkan tədbiri seçilib.

