
Bakı. Trend:
Sumatra adasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
bildirib.
Məlumata əsasən, zəlzələnin episentri İndoneziyanın
Padanqsidempuan şəhərindən (Şimali Sumatra əyaləti) 221 km
cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə
olub.
Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan edilməyib.

