
Bakı. Trend:
Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edilib ki, nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza
yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “VAZ” və “Mercedes” markalı iki minik avtomobili
toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri
tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində
deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2
nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

