
Husilər ABŞ prezidenti Donald Trampı “sülhə mane olarsa” Bab əl-Məndəb boğazını bağlayacaqları ilə hədələyiblər.
Modern.az xəbər verir ki, bunu Husi hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi bildirib.
“Əgər Səna (Husilərin nəzarəti altında olan Yəmənin paytaxtı – red.) Bab əl-Məndəb boğazını bağlamaq qərarına gələrsə, bütün bəşəriyyət onu açmaqda tamamilə aciz qalacaqlar. Buna görə də, Tramp – və onu bağışlayan ölkələr – sülhə mane olan bütün hərəkətlərə və siyasətlərə dərhal son qoymalı, xalqımızın və ölkəmizin hüquqlarına hörmət etməlidirlər”, – deyə Hüseyn əl-Əzzi qeyd edib.
Bab əl-Məndəb boğazı Qırmızı dənizi və Ədən körfəzini birləşdirir və Fars körfəzi ölkələrindən Avropaya həyati əhəmiyyətli enerji təchizatı yoludur. Bütün dəniz neft ticarətinin təxminən 12%-i və dünyadakı mayeləşdirilmiş təbii qazın 8%-i boğazdan keçir.

