Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxil
olduğu 5 nəfərlik komanda Himalay dağ silsiləsində yerləşən
Annapurna (8091 metr) zirvəsini fəth edib.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, baza düşərgəsindən
hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef
şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu
çıxışlarını həyata keçiriblər.




Aşurlı zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə
etməyib. İdmançı ötən il də zirvələrə süni oksigendən istifadə
etmədən qalxmışdı.

Bununla da, İsrafil Aşurlının fəth etdiyi zirvələrin (8000
metrdən yüksək) sayı 9-a çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir