Samoa sahillərində 6,2 bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Sakit okeanda, Samoa sahillərində 6,2 bal gücündə zəlzələ qeydə
alınıb.

Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.




Məlumata əsasən, zəlzələnin episentri Samoanın paytaxtı Apia
şəhərindən 201 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı
10 km dərinlikdə olub.

Mümkün itki və ya dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan edilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir