
Bakı. Trend:
Yaponiyanın şimal-şərq sahilində yaşayan sakinlərə mümkün sunami
barədə xəbərdarlıq edilib.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Milli
Meteorologiya İdarəsi məlumat yayıb.
Bir müddət əvvəl Yaponiya adasının şimalında yerləşən Aomori
prefekturasında 7,5 maqnitudalı zəlzələ baş verib. Bildirilir ki,
ilk dalğalar yaxın vaxtlarda sahilə çata bilər. Dalğanın
hündürlüyünün 3 metrə qədər çata biləcəyi deyilir. Xüsusi risk
zonasında İvate, Aomori və Miyagi prefekturaları, eləcə də Hokkaydo
adasının cənub hissəsi yerləşir.
Bundan 2 gün əvvəl (18 apreldə) Yaponiyanın Naqano
prefekturasında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı
təkanların maksimal gücü Yaponiyada qəbul edilən yeddibal şkalaya
əsasən 5+ səviyyəsində olub. Zəlzələnin ocağı 10 kilometr
dərinlikdə yerləşib. Heç kim xəsarət almayıb, dağıntı qeydə
alınmayıb.

