Bazar günü buraxılış imtahanı keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Bazar günü 9-cu siniflər üçün buraxılış imtahanı
keçiriləcək.

Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, buraxılış imtahanında
iştirak edəcək şagirdlər https://e-gov.az/az/services/read/2516/2 linkindən
istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil
müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini
çap edə bilərlər. İş nömrəsini isə buradan öyrənə bilərlər.

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər
buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan
arayışı DİM-in saytından yükləyə bilərlər.




Qeyd edək ki, imtahanlar Bakı şəhərinin Sabunçu (II hissə),
Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II
hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan,
Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II
hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan,
Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba
(II hissə), Ağdərədə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan
kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb,
Zabux, Sus kənd tam orta məktəbləri) keçiriləcək.

Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri,
cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi
gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları da
həmin gün imtahan verəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir