Beynəlxalq Valyuta Fondu Azərbaycanda inflyasiya səviyyəsi ilə bağlı 2032-ci ilə qədər olan proqnozlarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda 2026-cı ildə inflyasiya səviyyəsinin 6%-ə qədər
artacağı, bundan sonra isə tədricən azalaraq 2028–2031-ci illərdə
təxminən 4% səviyyəsində sabitləşəcəyi gözlənilir.

Trend bu barədə
Beynəlxalq Valyuta Fondunun son proqnozlarına istinadən xəbər
verir.




Müqayisə üçün qeyd edək ki, ölkədə inflyasiya 2023-cü ildə 2,1%
təşkil edib, 2024-cü ildə 4,9%-ə yüksəlib və 2025-ci ildə 5,2%
səviyyəsində qiymətləndirilib.

“Proqnozlara görə, qeyri-neft ÜDM-in artımı 2026-cı ildə 3,7%-ə
qədər sürətlənəcək, bundan sonra isə orta müddətli perspektivdə
təxminən 3,5% səviyyəsində sabitləşəcək. Bu, 2026-cı ildə fiskal
konsolidasiyanın zəifləməsini və geosiyasi gərginlik fonunda neft
və qaz qiymətlərinin yüksəlməsinin dolayı təsirini əks etdirir.
Bununla belə, bu müsbət təsirlər biznes etimadının və investisiya
fəallığının azalması ilə qismən kompensasiya olunur”, – deyə
hesabatda qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir