“Azercell” eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!

Baş səhifə

Bakı. Trend:

“Azercell Telekom” MMC müştəri təcrübəsini daha da
təkmilləşdirmək və xidmətlərini tam rəqəmsal müstəviyə keçirmək
istiqamətində növbəti yeniliyi təqdim edib. Artıq istifadəçilər
fiziki SIM kartdan eSIM-ə keçidi müştəri xidmətlərinə müraciət
etmədən, birbaşa tətbiq üzərindən sürətli və rahat şəkildə həyata
keçirə bilərlər.

“Azercell” tətbiqinə əlavə edilən yeni funksiyaya əsasən, eSIM-ə
keçid prosesi bir neçə sadə addım vasitəsilə tam rəqəmsal formada
icra olunur. İstifadəçi mobil tətbiqə daxil olaraq nömrəsini və
şəxsiyyət vəsiqəsinə dair məlumatları daxil edir, daha sonra
təsdiqləmə məqsədilə göndərilən birdəfəlik kodu (OTP) qeyd edir.
Növbəti mərhələdə abunəçilər eSIM aktivasiyasını həm sistem
tərəfindən yaradılan QR kod, həm də tətbiq daxilində təqdim olunan
mərhələli təsdiqləmə mexanizmi vasitəsilə həyata keçirə bilərlər.
QR kod eyni zamanda istifadəçinin qeyd etdiyi elektron poçt
ünvanına da göndərilir.




Qeyd edək ki, eSIM texnologiyası fiziki SIM karta ehtiyacı
aradan qaldırmaqla istifadəçilərə daha çevik və müasir istifadə
imkanları təqdim edir. Bu texnologiya eyni cihazda bir neçə
nömrədən istifadəni mümkün edir, həmçinin cihazlar arasında keçidi
daha sürətli və rahat edir.

Azercell innovativ texnologiyaların tətbiqi və müştəri yönümlü
rəqəmsal həllərin inkişafı istiqamətində fəaliyyətini davam
etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir