
Bakı. Trend:
Bakı şəhərinin Baş planında 100 min binanın söküləcəyinə dair
heç bir məlumat yoxdur.
Trend xəbər
verir ki, bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat
xidməti məlumat yayıb.
“Mətbuatda “Bakının Baş planına əsasən 100 min binanın
söküləcəyi”nə dair yanlış xəbərlər dərc edilib. Diqqətinizə
çatdırım ki, Baş planda belə bir məlumat öz əksini tapmır və bu
informasiya Komitə tərəfindən verilməyib”,- məlumatda
bildirilir.
Qeyd edək ki, mətbuatda “Bakı şəhərinin 2040-cı ilədək
inkişafına dair Baş planı”na əsasən 12 rayonun ərazisində
ümumilikdə 100 minə qədər binanın söküləcəyinə dair xəbərlər
yayılıb.

