
Bakı. Trend:
İndoneziya hakimiyyət orqanları iyulun 1-dən dizel yanacağının
idxalını dayandırmağı və onu yarısı palma yağından ibarət yanacaqla
əvəz etməyi planlaşdırır.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin kənd
təsərrüfatı naziri Andi Amran Süleyman bildirib.
“Biz artıq dizel yanacağı idxal etməyəcəyik. 2026-cı il iyulun
1-dən etibarən dizelin idxalını dayandıracağıq, belə ki,
bioyanacaqdan istifadə etməyə başlayırıq. Bu, İndoneziya üçün
gələcəyin enerjisidir, çünki palma yağından istehsal olunur”, –
nazir qeyd edib.
Rəsminin sözlərinə görə, hakimiyyət bu addımı ölkənin enerji
müstəqilliyini gücləndirmək məqsədilə atır. Nazir qeyd edib ki,
palma yağı vasitəsilə yalnız dizelə alternativ deyil, həm də benzin
və etil spirti istehsal etmək mümkündür.

