Madyar Zelenskidən “Drujba” kəmərinin bərpasını tələb edib

Baş səhifə

Macarıstanda seçkilərdə qalib gəlmiş “Tisa” partiyasının lideri Peter Madyar Ukrayna Prezidenti Volodimir Zelenskini “Drujba” neft kəmərinin fəaliyyətini tez bir zamanda bərpa etməyə çağırıb.

“İnterfaks”ın məlumatına görə, Madyar bildirib ki, Macarıstan bu məsələdə heç bir təzyiq və ya şantajı qəbul etməyəcək.

O vurğulayıb ki, enerji təhlükəsizliyi ölkəsi üçün prioritet məsələdir və kəmərin işləməsi bu baxımdan böyük əhəmiyyət daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir