
Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Tunisə 94,5 milyon
ABŞ dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş 183,7 min ton
xam neft və neft məhsulları ixrac olunub.
Trend xəbər verir
ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici
2025-ci ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə dəyər
ifadəsində 57,1 milyon ABŞ dolları və ya 2,5 dəfə çoxdur, həcm
baxımından isə 119,5 min ton və ya az qala 3 dəfə artıqdır.
Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında Azərbaycandan
Tunisə 37,4 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə
olunmuş 64,2 min ton xam neft və neft məhsulları ixrac
olunmuşdu.
Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər
ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan
əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac
edilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% ,
fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

