
Bakı. Trend:
“Barselona” və İspaniya millisinin cinah oyunçusu Lamine Yamal
2025-ci ilin ən yaxşı gənc idmançısı seçilib (Laureus mükafatı).
Mükafatlandırma mərasimi bu gün Madriddə keçirilib.
Trend xəbər verir ki, keçən
ilin ən yaxşı komandası isə PSJ olub. Paris klubu ötən mövsüm
Çempionlar Liqası, Fransa çempionatı (Ligue 1) və Fransa kubokunu
qazanaraq bu ada layiq görülüb.
Keçmiş “Real” və Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos
isə “İdman ilhamı” (Inspiration) nominasiyasında xüsusi mükafat
alıb.
Qeyd edək ki, Yamal ötən il “Laureus” tərəfindən “İlin
sıçrayışı” (Breakthrough of the Year) mükafatına layiq
görülmüşdü.

