
Bakı. Trend:
Paytaxtın Yasamal rayonunda, Kənar dairəvi yolda yol-nəqliyyat
qəzası baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə
qalıb.
Trend xəbər verir
ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat
yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Bakı Regional Mərkəzinin
xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Toyota”
markalı minik avtomobilinin hərəkətdə olan “Kamaz” markalı yük
avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş
verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində
sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri
almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma
aparılır.

