Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti bağlanıb

Baş səhifə

Bakı. Trend:

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin
girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Trend-ə “Bakı
Metropoliteni” QSC-dən məlumat verilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin
verilməsində nasazlıq yaranıb.




Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında
sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası
istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir