
Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Avropa İttifaqı üçün son dərəcə vacibdir.
Modern.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
O, gündəliyə Aİ-nin Ermənistandakı yeni missiyası və regional sülh prosesinin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrin daxil olduğunu vurğulayıb.

