Güləşçilərimiz Avropa çempionatında iki medal qazandı

Baş səhifə

Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının ilk gününü 2 bürünc medalla başa vurublar.

Modern.az xəbər verir ki, son olaraq İslam Abbasov (87 kiloqram) üçüncü yer uğrunda qarşılaşmada rəqibinə qalib gəlib. Daha əvvəl Rəşad Məmmədov (55 kiloqram) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir