İqlim haqqında yeni qanun hazırlanır: Qurumlararası İşçi Qrupu yaradılacaq

Baş səhifə

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “İqlim
haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi
hazırlanıb.

Trend xəbər
verir ki, bu barədə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının
aprelin 30-də keçirilən növbəti iclasında məlumat verilib.




Komissiyanın iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən “İqlim haqqında” Azərbaycan Respublikasının Qanun
layihəsi, habelə “Uzunmüddətli Aşağı Karbonlu İnkişaf
Strategiyası”nın layihəsi barədə təqdimatlar edilib və həmin
təqdimatların ətrafında müzakirələr aparılıb.

İclasın yekununda Dövlət Komissiyasının sədri Samir Şərifov
tərəfindən qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına hazırlıqla
bağlı tədbirlər planının hazırlanaraq qısa müddətdə Komissiyaya
təqdim olunması, eləcə də Avropa İttifaqının Sərhəddə Karbon
Tənzimlənməsi Mexanizmi, “İqlim haqqında” Azərbaycan
Respublikasının Qanunu və “Uzunmüddətli Aşağı Karbonlu İnkişaf
Strategiyası” layihələrinin təkmilləşdirilməsi məqsədilə
Qurumlararası İşçi Qrupunun yaradılması barədə qərarlar qəbul
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir