ABŞ-də 1,8 milyon dollar dəyərində zirehli yük maşını qarət edilib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində iki silahlı
cinayətkar 1,8 milyon dollar dəyərində zirehli yük maşınını qarət
edib.

Trend-in
məlumatına görə, bu barədə “6ABC” televiziya kanalı polisdəki
mənbələrə istinadən xəbər verib.




Məlumata əsasən, hücum aprelin 21-də yerli vaxtla səhər saat
9:45 radələrində baş verib. İki kişi avtomatlarla silahlanmışdılar.
Mənbələr onların hadisə yerindən mavi avtomobillə qaçdıqlarını
bildiriblər. Polis daha sonra avtomobili başqa bir ərazidə tərk
edilmiş vəziyyətdə tapıb.

Qeyd edilib ki, cinayətkarları tutmaq mümkün olmayıb. İstintaqa
Federal Təhqiqat Bürosu rəhbərlik edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir