
Bakı. Trend:
Çinli tədqiqatçılar dronlara yerdən mikrodalğalı şüa vasitəsilə
enerji ötürən sistemi uğurla sınaqdan keçiriblər. Mobil
şüalandırıcı qurğu enerjini aparatın alt hissəsindəki antena
qəfəsinə ötürərək fiziki bağlantı olmadan fasiləsiz enerji təmin
edir.
Trend-in
məlumatına görə, təcrübə zamanı həm dronun, həm də yerüstü qurğunun
hərəkətdə olduğu şəraitdə belə enerji ötürülməsi sabit saxlanılıb
ki, bu da mühüm irəliləyiş sayılır.
Texnologiya pilotsuz uçuş aparatlarının havada qalma müddətini
xeyli artıraraq fasiləsiz müşahidə və əməliyyat imkanlarını
genişləndirə bilər. Nəticələr “Aeronautical Science & Technology”
jurnalında dərc olunub. Tədqiqat Sidyan Universitetinin alimləri
tərəfindən aparılıb.
Sınaqlarda sistem dronun təxminən 15 metr hündürlükdə 3,1 saata
qədər uçuşunu təmin edib. Layihə rəhbəri Sun Livey bildirib ki,
şüanın hərəkətdə olan hədəfə dəqiq yönəldilməsi GPS və real vaxt
izləmə sistemlərinin inteqrasiyası ilə mümkün olub.

