Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağına əmindir

Baş səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq.

“Armenpress”in məlumatına görə, bunu Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.

Hesablamalarıma görə, ən sürətli iş elektrik xətlərinin istismara verilməsi olacaq. Bu layihə həmçinin çoxlu iş yeri yaradacaq və ümid edirəm ki, biz Ermənistan vətəndaşlarını iş yerləri ilə təmin edəcəyik və şirkətlər başqa ölkələrdən işçi qüvvəsi cəlb etmək məcburiyyətində qalmayacaqlar”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, Gümrü-Türkiyə sərhədi ilə Yerasx (Arazdəyən)-Naxçıvan sərhədi dəmir yolu hissələrinin yenidən qurulmasını çox tez bir zamanda 1-1,5 il ərzində həyata keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir