
Bakı. Trend:
İngiltərənin “Çelsi” klubunun heyətində ciddi itki baş
verib.
Trend xarici
mediaya istinadən xəbər verir ki, Estevao sıradan çıxıb.
Braziliyalı vinger Premyer Liqanın 32-ci turunun “Mançester
Yunayted”lə matçında (0:1) ayaq əzələsindən zədələnib.
Estevaonun zədəsi ciddidir. 18 yaşlı futbolçu mövsümün qalan
hissəsində iştirak edə bilməyəcək. Gənc oyunçunun iyun ayında
başlayacaq dünya çempionatına kimi hazır olacağı ehtimal
olunur.
Qeyd edək ki, “Çelsi” Estevaonu mövsümün əvvəlində “Paymeyras”dan 45 milyon avroya transfer edib. Braziliya millisinin
üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda
8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

