Abramoviç Britaniya hökumətini beynəlxalq məhkəməyə verib

Baş səhifə

Bakı. Trend:

İngiltərənin “Çelsi” klubunun keçmiş sahibi, biznesmen Roman
Abramoviç Cersi adasında ona məxsus aktivlərin mənbələrinin
araşdırılmasına görə Böyük Britaniya hökumətindən Avropa İnsanq
Haqqları Məhkəməsinə şikayət edib.

Trend xəbər verir
ki, bu haqda Böyük Britaniyanın “The Times” nəşri sahibkarın
vəkillərinə istinadən yazır.

“İttiham irəli sürülmədən, şəffaflıq və etibarlı sübutlar təqdim
edilmədən illərlə davam edən istintaq Cersi hökuməti tərəfindən
səlahiyyətlərin açıq-aşkar aşılmasıdır və fundamental hüquqların
pozulması deməkdir. Hakimiyyət orqanları əsas məlumatları gizlədir
və elementar prosedur standartlarını görməzdən gəlir, bu isə onu
göstərir ki, bu, legitim hüquqi proses deyil, siyasi motivlərlə
şərtlənmiş bir prosesdir. Biz Avropa İnsan Haqqları Məhkəməsinin bu
nöqsanları təsdiqləyəcəyini və eyni qənaətə gələcəyini
gözləyirik”,- deyə iş adamının nümayəndəsi bildirib.




Qeyd olunur ki, iddia ərizəsi Avropa İnsan Hüquqları
Konvensiyasının (AİHK) 6-cı maddəsi – ədalətli məhkəmə araşdırması
hüququnun pozulması maddəsi üzrə təqdim olunub.

Abramoviç 10 mart 2022-ci ildə Ukraynada baş verən hadisələrlə
əlaqədar Birləşmiş Krallığın sanksiya siyahısına daxil edilib,
bundan sonra onun Böyük Britaniyadakı aktivləri dondurulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir