
Bakı. Trend:
ABŞ Dövlət Departamentində Livan və İsrail rəsmiləri arasında
aprelin 23-də keçiriləcək görüşdə iştirak edəcək ABŞ nümayəndə
heyətinin adları açıqlanıb.
Trend xəbər verir ki, görüşdə
Dövlət katibi Marko Rubio, müşavir Maykl Nidham, ABŞ-nin İsrail və
Livandakı səfirləri, həmçinin bu ölkələrin ABŞ-dəki səfirləri
iştirak edəcəklər.
Bu, iki ölkə arasında ABŞ-də keçirilən danışıqların ikinci
mərhələsidir və görüş ötən cümə günü “Hizbullah” və İsrail arasında
atəşkəs rejiminin qüvvəyə minməsindən sonra baş verir.

