İranla atəşkəs barədə İsraillə danışdı

Baş səhifə

Vaşinqton ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs rejimini aprelin 26-dək uzatdığı barədə Tel-Əvivi məlumatlandırıb.

Modern.az xəbər verir ki, Ynet portalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, İsrail tərəflərin aprelin 26-dək razılığa gələ biləcəyini düşünmür. Portal, həmçinin Donald Trampın rəsmən atəşkəsin yeni müddətini elan etmədiyini vurğulayıb.

Mənbə bildirib ki, ABŞ media orqanları əvvəllər də atəşkəsin müddəti ilə bağlı ziddiyyətli məlumatlar dərc edib.

Çərşənbə günü “New York Post” qəzeti Donald Trampın növbəti bir neçə gün ərzində İranla sülh danışıqlarının baş tuta biləcəyini dediyini yazmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir