Böyük Britaniyada illik inflyasiya 3,3 faizə yüksəlib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada illik inflyasiya 3,3 faizə yüksəlib.

Trend BBC-yə
istinadla xəbər verir ki, bu artım ABŞ və İsrailin İranla
müharibəsi fonunda son üç ilin ən böyük benzin və dizel qiymət
artımı ilə əlaqələndirilir.

Fevral ayında 3 faiz olan inflyasiya göstəricisinin artması
əsasən yanacaq qiymətlərinin yüksəlməsi ilə bağlıdır. Böyük
Britaniyanın Milli Statistika Ofisi bildirib ki, aviabiletlərin və
ərzaq məhsullarının bahalaşması da inflyasiyanın artımına töhfə
verib. Qeyd olunan göstəricilər Yaxın Şərqdəki münaqişənin Böyük
Britaniyada yaşayış xərclərinə təsirini əks etdirən ilk rəsmi
məlumatlar hesab olunur.




Mütəxəssislərin fikrincə, müharibə və enerji qiymətlərinin
artması səbəbindən inflyasiya bu il daha yüksək səviyyədə qala
bilər. Enerji xərclərinin artması iqtisadi artımı zəiflədə bilər,
çünki əhali və biznes subyektlərinin xərcləmək üçün daha az vəsaiti
qalır.

İqtisadçılar inflyasiyanın bu il 3.5- 4 faiz aralığında pik
həddə çata biləcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, İranla münaqişə fevralın 28-də başladıqdan sonra
topdansatış enerji qiymətləri kəskin artıb. Yaxın Şərqdə enerji
istehsalı və nəqliyyatı raket və pilotsuz uçuş aparatlarının
hücumları səbəbindən ləngiyib və bəzi hallarda tamamilə
dayanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir