
Bakı. Trend:
“Barselona”nın müdafiəçisi Alexandro Balde karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Aston
Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə “El
Chiringuito TV” məlumat yayıb.
Birmingem təmsilçisi İspaniya millisinin üzvü üçün 50 milyon
avro ödəməyə hazırdır.
Qeyd edək ki, Alexandro Balde “Barselona”nın yetirməsidir. 22
yaşlı sol cinah müdafiəçisi bu mövsüm komandanın heyətində meydana
çıxdığı 36 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

