Yunanıstan bütün “Mirage 2000” qırıcılarını Ukraynaya verəcək

Baş səhifə

Bakı. Trend:

Fransa Yunanıstanla mübadilə proqramı çərçivəsində Ukraynaya
əlavə “Dassault Mirage 2000” qırıcılarının verilməsi imkanını
dəyərləndirir.

Trend xəbər verir ki,
razılaşma ehtiyat hissələri ilə birlikdə 24 ədəd “Mirage 2000-5” və
istismardan çıxarılmış 19 “Mirage 2000 EGM/BGM” olmaqla ümumilikdə
43 təyyarənin təhvil verilməsini əhatə edir.




Bunun qarşılığında Fransa Yunanıstana eyni sayda “Rafale”
qırıcılarını daha münasib qiymətlə təklif edir.

Gözlənilir ki, tərəflər arasında keçiriləcək danışıqlarda
müqavilənin detalları və təyyarələrin dəqiq qiyməti
müəyyənləşdiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir