Ağstafada məktəbdə şagird bıçaqlandı

Baş səhifə

Bakı.Trend:

Ağstafada məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Trend-in
məlumatına görə, Ağstafa Rayon Polis Şöbəsinə rayonun 3 saylı tam
orta məktəbinin 8-ci sinif şagirdi U.İ-yə digər məktəbli tərəfindən
kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə məlumat daxil
olub.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması
istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam
etdirilir.




Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 286 nömrəli orta
məktəbində 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirt
tökərək onu yandırıb. Hadisədən sonra məktəb rəhbərliyi dərhal
təcili tibbi yardım çağırıb, zərərçəkənə ilkin yardım
göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb,
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir