“Çelsi”nin baş məşqçisi Liam Rozenyor istefaya göndərilib

Baş səhifə

“Çelsi” baş məşqçisi Liam Rozenyorla bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, “zadəganlar” ingiltərəli mütəxəssislə yollarını ayırıb.

Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Rozenyor uğursuz nəticələrə görə istefaya göndərilib. 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Liam Rozenyor yanvarda “Çelsi”nin baş məşqçisi vəzifəsində təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında çıxış etdiyi 23 rəsmi matçda 11 qələbə qazanıb, 2 heç-heçə edib, 10 dəfə isə meydandan məğlub ayrılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir