
Bakı. Trend:
Danimarkanın Şimali Zelandiya bölgəsində yerləşən Kaqerup
yaşayış məntəqəsi yaxınlığında iki qatar toqquşub.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində yaralananların olduğu
bildirilsə də, onların dəqiq sayı və aldıqları xəsarətlərin hansı
dərəcədə olduğu hələlik məlum deyil.
Qəza ilə əlaqədar dəmir yolunun həmin xəttində qatarların
hərəkəti dayandırılıb.
Şimali Zelandiyanın hüquq mühafizə orqanları faktla bağlı
araşdırmaya başlayıb.

