Laçında inşa edilən kanat yolundan son görüntülər (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Laçın şəhərində inşa olunan kanat yolunun 2026-cı ilin sonunadək
istifadəyə verilməsi planlaşdırılır.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.

Bildirilib ki, bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi,
kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə
işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması
istiqamətində intensiv işlər həyata keçirilir.




Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun
inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə
verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir