
Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 7-də keçirilmiş
parlament seçkilərindən sonra formalaşdırdığı yeni hökumət rəsmən
fəaliyyətə başlayıb.
Nazirlər Kabinetinin hazırkı tərkibdə ilk iclası hökumətin rəsmi
“YouTube” kanalında canlı yayımlanıb.
İlk iclasın gündəliyinə 60 məsələ daxil edilib.
İyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə görə,
baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyası
səslərin 49,7 faizini, iş adamı Samvel Karapetyanın “Güclü
Ermənistan” bloku 23,2 faizini, keçmiş prezident Robert Koçaryanın
“Ermənistan” bloku isə 9,9 faizini toplayıb. Seçkilərin
nəticələrinə əsasən, “Vətəndaş müqaviləsi” partiyası Ermənistanın
yeni hökumətini təkbaşına formalaşdırıb.

