Bakı Metropoliteni 200-ə qədər vaqon alacaq

Baş səhifə

Bakı. Trend:

Bakı Metropoliteni 2030-cu ilədək Bənövşəyi xətt üçün 200-ə
yaxın yeni vaqon almağı planlaşdırır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Bakı
Metropoliteninin baş mühəndisi Namiq Yusubov Dərnəgül elektrik
deposunda II mərhələ üzrə işlərin tamamlanması və ilk xətti qatarın
qəbulu prosesi ilə bağlı təşkil edilən mediaturda jurnalistlərin
suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, yeni hərəkət tərkiblərinin alınması yalnız
Bənövşəyi xəttlə məhdudlaşmayacaq.




“Hazırda Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur.
Bənövşəyi xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu
ilədək həmin xətt üzrə 200-ə yaxın vaqonun alınması nəzərdə
tutulub. Qırmızı və Yaşıl xətlərdə qatarlararası intervalın
azaldılması üçün həyata keçirilən infrastruktur layihələri başa
çatdıqca bu xətlər üçün də əlavə qatarların alınması nəzərdə
tutulur.

Yusubov bildirib ki, Qırmızı xətdə “İçərişəhər” stansiyasında
dalan yolunun tikintisi intervalın azaldılmasına imkan verəcək.
Yaşıl xətdə isə gələcək Y-14 və Y-15 stansiyalarının tikintisi və
dönmə kamerasının yaradılmasından sonra qatarların daha sıx
intervalla hərəkətinin təşkili mümkün olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir