Deputat bölgələrdə yaşayan əhalinin gəlirlərini açıqladı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin artıq 45 faizi
regionlarda çalışırlar.

Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentdə bu
gün keçirilən “Azərbaycanda regionların, yerli demokratiyanın və
özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda
konfransda deyib.

Millət vəkili bildirib ki, ölkə üzrə əsas kapitala
yönəldilmiş illik 22.1 milyard manatlıq investisiyaların 9.7
milyard manatı, yəni 44.0 faizi regionların payına düşür:




“Hazırda regionlarda 33 milyard manatdan çox ÜDM formalaşır.
Eyni zamanda, ölkə üzrə 62.2 milyard manatlıq pərakəndə ticarət
dövriyyəsinin 24.5 milyard manatı regionların payına düşür.
Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin yarıdan çoxu
artıq regionlarda yerləşib ki, bu da daxili turizimin inkişafı
baxımından vacibdir”.

Deputat xatırladıb ki, 2024-cü ildə ölkə üzrə əmək
müqaviləsi ilə çalışanların sayı 1 milyon 775 min nəfər
olub:

“Onun 792 737 nəfəri regionlarda yaşayaraq fəaliyyət
göstərirlər. Bu o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərin
artıq 45 faizi regionlarda çalışırlar. Regionlarda yaşayn əhalinin
illik gəlirləri isə 32 milyard manatdan çox olub”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir